Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə prosesi demokratik şəkildə davam edir. Bu ərazidə yaşayan seçicilər məntəqələrə gələrək, səslərini istədikləri namizədə verirlər.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında açıqlaması zamanı, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Fatma Sofiyeva bildirib.
Onun sözlərinə görə, məntəqə üzrə 1236 seçici var ki, onlardan 1 nəfəri vəfat edib, 60 ədəd isə dəqiq olmayan ünvan var.
“Seçkidə ilk dəfə səs verən 7 nəfər var. Eyni zamanda, 51 seçici üçün evdə səsvermə imkanı yaradılıb. Həmin şəxslər üçün saat 12:00-dan 15:00-dək səyyar qutu göndəriləcək. Məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs seçki prosesini canlı izləyə bilər”, - deyə F.Sofiyeva qeyd edib.
Məntəqə sədri deyib ki, məntəqələrdə seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb.